İzahlı lüğət

HAVADAR1

is. [ər. həva və fars. ...dar] Birinin tərəfini saxlayan, ona tərəf çıxan, onu müdafiə edən; tərəfgir, tərəfkeş, tərəfdar. [Göyüş dayı:] Gəl oğul, gəl Məmməd, havadarım, gəl! Namusum, qeyrətim, etibarım gəl! Z.Xəlil. Müşavirədə bircə adam da Muxtara havadar olmamışdı. B.Bayramov. // Eyni mənada bəzən mənfilik çaları ilə. Xanlar zahirdə kirimiş durmaqla Cəmilin başını yastığa qoyurdu. Xəlvətdə öz havadarlarına deyirdi. Mir Cəlal. [Yusif:] Hümmətin də havadarı Alməmmədov olubdur, yoldaş katib! B.Bayramov. □ Havadar çıxmaq - tərəfdar çıxmaq, tərəfini saxlamaq, razı olmaq. Güllü arvad da indi qayıdıb tək evdə otura bilməyəcəyini hiss edərək, Maralın fikrinə havadar çıxdı.. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed