İzahlı lüğət

HAVALANMAQ

f 1. Havaya qalxmaq, uçmaq. Göyərçinlər havalandı. - Kamal birbirinin ardınca bir çox təyyarənin havalanıb dik göyə ucaldığını gördü. M.Rzaquluzadə. Birdən [sərçələr] həyəcanla civildəşib havalandılar. H.Seyidbəyli.
məc. Cuşa gəlmək, şövqə gəlmək, vəcdə gəlmək, ruhlanmaq, şövqlənmək. Tülkü havalanıb deyir: - Aslanam; Top dağıdan ac aslanlar itibdi. Aşıq Ələsgər. Çal, havalan, santurum; Çal ki, tellər oynasın. A.Şaiq.
məc. Azmaq, coşmaq, qızışmaq, özündən çıxmaq; tutması tutmaq, ağlı başından oynamaq. Varlınan dost olub yoxsula gülmə; Çox da havalanıb coşma dünyada. Aşıq Ələsgər. Rəiyyət havalanacaq, Qədim kimilərinin qabağında heç fil də dayanmayacaq. S.Rəhimov. Salman havalanıb pörtərək eybəcər və iyrənc şəklə düşdü. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

HA2

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed