İzahlı lüğət

HAZIRLAMAQ

f 1. İşlətmək və ya istifadə üçün yararlı hala salmaq, hazır etmək. Avtomaşını yola hazırlamaq. Vannanı hazırlamaq. Yorğan-döşəyi hazırlamaq. - Mələk penisillin iynəsini vuraraq bankaları hazırlayırdı. M.Ibrahimov. Şahmar yola düşmək üçün yenidən hazırladığı çamadanı da götürüb babasının yanına keçdi. B.Bayramov. // Hər hansı məqsəd üçün öyrətmək, lazımi bilik vermək, təlim etmək. Kadr hazırlamaq. Mütəxəssislər hazırlamaq. Uşağı birinci sinfə hazırlamaq. - Indi də diş həkimləri hazırlamaq üçün texnikum düzəldirlər. C.Məmmədquluzadə. Müəllim olmaq bir zövq isə müəllim hazırlamaq min bir zövqdür. S.Rəhimov.
Bir şeyi yerinə yetirmək, həyata keçirmək üzərində çalışmaq, əlləşmək. Rolunu hazırlamaq. Tamaşa hazırlamaq. Layihə hazırlamaq. Xörək və s. bişmiş bişirmək, bişmiş hazır etmək. Xörək hazırlamaq. Qəlyanaltı hazırlamaq. Uşaq üçün südlüsıyıq hazırlamaq. - Müşgünaz çayı dəmə qoyub mətbəxdə Ənvər üçün xörək hazırlayırdı. Ə.Vəliyev. // Çay qoymaq. Gülsənəm arvad səhər tezdən qalxıb sobanı qalamış və oğlu üçün çay hazırlamışdı. M.Hüseyn. // Süfrə salmaq, yemək-içmək üçün lazım olan hər şeyi süfrə üzərinə qoymaq. Süfrəni də nə zamandır; hazırlamış evdə nənə. M.Dilbazi.
Sonradan işlətmək üçün tədarük etmək, ehtiyatını görmək, hazır etmək. Heyvanlar üçün yem hazırlamaq. Qışa odun hazırlamaq. - [Mehriban] ..Zeynalın sevdiyi içkini bazardan aldırıb hazırlar və süfrəyə gətirərdi. S.Hüseyn. Uşaq qələm və mürəkkəb-kağız hazırlayıb nə yazacağını gözlədi. Ə.Vəliyev.
Bir iş görmək niyyətində olmaq, bir şey etməyə hazırlaşmaq, bir şey qurmaq. Hiylə hazırlamaq. Tələ hazırlamaq.
Qayırmaq, düzəltmək. Dərman hazırlamaq. Metaldan detallar hazırlamaq. Fabrik üsulu ilə məmulat hazırlamaq. - [Tapdıq] iki gün əlləşdi. Ancaq şananın barmaqlarını hazırlaya bildi. Ə.Vəliyev. Aslan və yoldaşlarının hazırladığı maket orada idi. M.Rzaquluzadə.
Qabaqcadan düşünüb yazmaq, tərtib etmək, hazır etmək. Ərizə hazırlamaq. Rəisin adına məktub hazırlamaq. // Qabaqcadan düşünüb nəzərdə tutmaq, hazır etmək, yadda saxlamaq. Cavab hazırlamaq. - Elə bil Zeynal cavabını qabaqcadan hazırlamışdı. B.Bayramov.
Olmuş və ya gözlənilən acı bir hadisə xəbərini dərk etmək üçün birində qabaqcadan müvafiq əhval-ruhiyyə yaratmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed