
HAZIRLIQis. 1. Bir iş görmək üçün hazırlaşma, hazır olma. Yaz əkininə hazırlıq. [Ceyranın] fikrinə gəlir ki, [Eldar] bəzi hazırlıqlar üçün evə getmişdir. S.Hüseyn. Ehtiyat xala bütün gecəni oğlu ilə, onun səfər hazırlığı ilə məşğul oldu. Mir Cəlal. □ Hazırlıq aparmaq - bax hazırlıq görmək. [Atabəy:] Sabahdan başlayaraq ordunun hərəkəti üçün hazırlıq aparmalısınız. M.S.Ordubadi. Hazırlıq görmək - bir iş üçün lazımi tədarüklər görmək. Yola hazırlıq görmək. Bayrama hazırlıq görmək. - Kor padşah bir gün vəzir-vəkilini çağırıb, əmr elədi ki, hazırlıq görsünlər. (Nağıl). [Zahidoğlu] şofer Bağdadı çağırıb səfər üçün hazırlıq görməyi ona tapşırdı. S.Rəhimov.
Məşğələ, dərs, mütaliə prosesində əldə edilən bilik ehtiyatı. Imtahanda hazırlığını nümayiş etdirmək. Hazırlığı olmamaq. Hazırlıq dərəcəsi. Tədarük edilmiş şey; tədarük. Taxıl hazırlığı. Pambıq hazırlığı. - Novruz öz atları və özü üçün Culfadan hazırlıq götürəcəkdi. M.S.Ordubadi. Paylaşın - Hamı bilsin
|