İzahlı lüğət

(bəzən “ə” saiti uzadılaraq tələffüz olunur) əd. 1. Verilən suala müsbət cavab və ya təsdiq məqamında işlənir (yox ziddi); bəli, elədir. Hə, razıyam. - Imtahan verdinmi? - Hə, verdim. - Yemək istəyirsənmi? - Hə. [Vəli:] Sultan bəyin evi buradır? [Telli:] Hə, buradır, nə işin var? Ü.Hacıbəyov.
Sual cümlələrində sualı gücləndirir və təkid bildirir. Hə, de görüm məndən nə istəyirsən? - Telli arvad yerindən dilləndi:
Ay imanı yanmış, gorda da məndən əl çəkməyəcəksən, hə? M.İbrahimov. // Sual cümlələrinin axırında müsahibi cavab verməyə vadar etmək məqamında işlənir düz deyil? elə deyilmi? de görüm mənasında. - Siz haqlı olmadığınızı etiraf edirsinizmi? - Hə? - Bir də belə işlər edəcəksənmi? - Hə? - Birdən müəllimin gözü Tapdığın əlindəki ağ dəftərə sataşdı: - Bunu haradan almısan? Şəkil çəkirsən? Hə? Ə.Vəliyev. // Nitqin daxilində əvvəlcə deyilmiş sözü israrla təsdiq məqamında işlənir və bəzən təkrar deyilir - düzdür, tamamilə doğrudur, elədir ki var, əlbəttə mənasında.
Sən dediyinin üstündə durursanmı? - Hə, hə, dururam.
Yaddan çıxmış bir şey birdən yada düşdükdə və ya başqa mətləbə keçdikdə deyilir yeri gəlmişkən, bir də mənasında. Hə, yaxşı yadıma düşdü. Hə, az qala yadımdan çıxmışdı, gələndə kitabını da gətir.
Cümlənin əvvəlində müraciət zamanı işlənir - ey, ay mənasında. [İskəndər oxuya-oxuya daxil olur] -Hə... ana, kefin necədir? Məmmədquluzadə. Qurban əlilə boynunu ovuşdura-ovuşdura: - Hə molla! Yaz ki, Qurbanın uşaqlarının anasına yetişəcək. Şaiq. // Müraciətə, çağırışa cavab kimi işlənir - nə, nədir, eşidirəm! mənasında. Həsən? - Hə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

HOR

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed