İzahlı lüğət

HƏBS

is. [ər.] 1. Dustağasalma (salınma), azadlıqdan məhrumetmə (edilmə). Həbs cəzası. - Məhbəs də, qəfəs də, həbs də, qəsd də; Insan mərd olanda həddini aşmır. M.Araz. □ Həbs edilmək, həbsə düşmək
həbsxanaya salınmaq, azadlıqdan məhrum
edilmək, dustağa düşmək. [Əmiraslan oğruluq və yol kəsmək üstündə] neçə dəfə həbsə düşüb çıxdı. S.S.Axundov. Ozü deməmişdi, bilirdim onu; Neçə il qabaq; Həbs eyləmişlər. Vahabzadə. Həbs etmək, həbsə almaq həbsxanaya salmaq, azadlıqdan məhrum etmək. [Kərəm Hələb paşasına:] Indi, buyur, məni aparsınlar, həbs etsinlər. Ü.Hacıbəyov.
2. hüq. Mülkdən, maldan və s.-dən istifadə edilməsinin məhkəmə orqanları tərəfindən qadağan olunması.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed