İzahlı lüğət

HƏFTƏLİK

is. Rəqəmlərdən sonra gələrək işin neçə həftə davam etdiyini və ya etməli olduğunu göstərir. Üç həftəlik iş qalıb. Dörd həftəlik ezamiyyət. - Müəllim [şagirdlərini] iki həftəlik yaz tətilinə buraxmışdı. S.Hüseyn. [Cuma:] Bir həftəlik məzuniyyətim var. Ə.Əbülhəsən. // sif Həftədə bir dəfə çıxan, buraxılan, çap olunan. Həftəlik qəzet. Həftəlik jurnal. - Həftəlik “Qüsli-vətən “ ruznaməsi 139-cu nömrəsində yazır ki, dekabr və yanvar ayında Peterburqda əmələ gələn “övrət cəmiyyəti “ xeyli calallı imiş. C.Məmmədquluzadə. // Bir həftəlik müddəti nəzərdə tutan, bir həftədə əldə edilən, alınan, istehsal olunan. Həftəlik plan. Həftəlik məlumat. Həftəlik gəlir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed