İzahlı lüğət

HƏKİM

is. [ər.] 1. Ali tibb təhsili olan adam; təbib, doktor. Uşaq həkimi. Göz həkimi. Diş həkimi. Sanitar həkimi. - ..Mənim xahişimə görə bacım oğlunu gətirmişdi bizə ki, həm bir-iki ay bizə qonaq olsun, həm də Irəvan həkimləri uşaqları müalicə eləsinlər. Məmmədquluzadə. Həkimlərin məsləhətilə atamgil məni yaylağa göndərməli oldular. İ.Əfəndiyev // Keçmişdə, ümumiyyətlə, adamları, ya heyvanları müalicə etməklə məşğul olan adama verilən ad. Həkim gəlib padşahın başının üstündə əyləşdi. “Məsum”. Həkimlərin dediyinə görə, Atabəyin ciyərləri soyuqlamışdı. M.S.Ordubadi.
2. klas. Alim, filosof. O, həkimü ədibü şair idi; Şeirfənnində xeyli mahir idi. S.Ə.Şirvani.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed