İzahlı lüğət

HƏLAK

is. [ər.] Ölmə, məhv olma, ölüm, məhv, tələf. 0ah xoşhal olub buyurdu ki:
Razıyam onun həlakına, sabah bu tədbir tamam və kamal icra olunacaqdır. M.F.Axundzadə. □ Həlak etmək - 1) öldürmək, məhv etmək, yox etmək, tələf etmək. Cütçü baba böylə deyib qeyznak; Eylədi ol qırğını ol dəm həlak. A.Səhhət. Kəndin mollası da ona get demiş; Get öz düşmənini həlak et demiş. M.Müşfiq; 2) məc. üzüb əldən salmaq, həddən artıq yormaq, üzmək. Çox işləyib özünü həlak etmək. Həlak olmaq - 1) ölmək, məhv olmaq, tələf olmaq. Qərib bir müddət yol gəldikdən sonra altındakı at tab gətirməyib həlak oldu. “Aşıq Qərib”. Yavər Vətən yolunda həlak olmuşdu. M.İbrahimov; 2) məc. yorulub əldən düşmək, həddindən artıq yorulmaq, üzülmək. Işləməkdən həlak olmaq. - Xalidə bir saat əvvəl yuxudan oyanmışdı. Ağlamaqdan həlak olurdu. S.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

HAY

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed