İzahlı lüğət

HƏLİM1

sif. [ər.] 1. Xasiyyətcə, təbiətcə yumşaq (adam haqqında). Həlim adam. Məkrli qadındı, gülçöhrə qızdı; Həlimdi, kövrəkdi, sərtdi, quduzdu... M.Araz. Əsmət həlim qarı Bakıda çoxdan; Yaşayır yanında böyük oğlunun. M.Rahim. // Sakit, dinc (heyvan haqqında). Həlim inək. - Sən, ey yoldaşımın həlim kəhəri; Hanı cəbhələrin o qəhrəmanı? M.Rahim. Çox çəkməzdi, görərdin, o həlim heyvan, budur, dönüb gəldi, sahibinin ətəklərinə sürtündü. Mir Cəlal.
2. Xoşagələn, ürəyəyatan, qulağa xoş gələn (səs haqqında). Müəllim bir qədər həlim və mülayim səslə soruşdu.. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed