İzahlı lüğət

HƏMFİKİR

is. və sif. [fars. həm və ər. fikr] Eyni fikirdə olan, fikirləri, görüşləri, rəyləri bir olan; həmrəy, həmməslək, məsləkdaş. Həmfikir adamlar. Onlar bu məsələdə həmfikirdirlər. - Gəl bu hicran dərdini Nima, çəkək bir yerdə biz; Həmfikir, həmdərd olaq, məskən salarsaq harda biz. Şəhriyar. Həsən bəy və onun həmfikirləri [Nəcəf bəy Vəzirov, Heydəri və başqaları] maarifpərvər, mütərəqqi və vətənini sevən adamlar idilər. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed