İzahlı lüğət

HƏMİŞƏKİ

sif və zərfi 1. Həmişə olan, hər vaxt olan; həmvaxtı, adi. Həmişəki qayda. Həmişəki iş. - Sabahkı gün tarçı Əsədin cənazəsi arabaya qoyulub, həmişəki adət üzrə “Ərrəhman “ oxuna-oxuna qəbiristana aparıldı. B.Talıblı. Günün birində Təliə ilə vəliəhd və Qətibə bir yerdə idi, Qətibə həmişəki adəti üzrə onları bir yerdə buraxıb çıxdı. M.S.Ordubadi. Həmişəkindən şəklində - həmişə olduğundan, adi qaydadan. Firidun darülfünundan çıxıb Şəmsiyyəyə dərs deməyə getdi. Qız həmişəkindən daha artıq bir səmimiyyətlə onu qarşıladı. M.İbrahimov. Bu gün dəniz həmişəkindən coşqun idi. S.Vəliyev.
“kimi” qoşması ilə - həmişəki kimi, həmişə, hər vaxt olduğu kimi, adi qaydasında. Qüdrət dinmədi, ayağa qalxdı və həmişəki kimi ağır-ağır yeriyib kabinetinə keçdi. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed