İzahlı lüğət

HƏMLƏ

is. [ər.] Hücum, üzərinə atılma. Həmlələr pozmuş, qoşun sındırmış, qala fəth etmiş əsgər sevinci ilə Durmuş .. yatağına girdi. Mir Cəlal. ..Qaraca çobanın cürətli müqaviməti, iki qardaşı ilə birgə hələ ilk həmlədə beş-on atlını vurubyıxmaları basqınçıların qəzəbini artırdı. M.Rzaquluzadə. □ Həmlə etmək - hücum etmək, üzərinə atılmaq. Iş atışmadan ötüb şəmşir və xəncər ilə bir-birinə həmlə etməyə çatdı. M.F.Axundzadə. Ta ayın iyirmi doqquzuna kimi düşmənin tankları ilə piyadası batareyaya həmlə etdi. Ə.Əbülhəsən. // Eyni mənada oyunda. Hücumçuların həmlələri.
Bir həmlədə - dərhal, bir anda, bir dəfə həmlə etməklə. Koroğlu bir həmlədə özünü Aslan paşaya çatdırdı. “Koroğlu”.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

H

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed