İzahlı lüğət

HƏQİQƏT

is. [ər.] 1. Doğrudan, həqiqətən olmuş və ya olan şey, hadisə və s. Həqiqət belədir. Həqiqəti olduğu kimi danışmaq. Həqiqət acı da olsa, demək lazımdır. Bunların heç biri həqiqətə oxşamır. - Siz bunu sanmayın həqiqətdir; Damağım gəldi, bir zərafətdir! M.Ə.Sabir. Nə odlar görmüsən!.. Bu bir həqiqət! Fəqət darılmamış sana təbiət! S.Vurğun. // Bir şeyin əsli, mahiyyəti, künhü. İşin həqiqəti yenə də müəyyən edilmədi. - Axirüləmr, İbrahim, yəni bizim yalançı İbrahim məcbur oldu ki, açıb işin həqiqətini [qıza] desin. (Nağıl). Mübahisə zamanı həqiqət üzə çıxır. H.Seyidbəyli. // Düzlük, vicdan, yaxşılıq, xeyirxahlıq, ədalət. Həqiqət aramaq. ..Həqiqət axtarılan yerdə də mütləq ixtilaf olur. C.Məmmədquluzadə. Qəlbimiz məşəl olsa; Aydınlatsa zülməti; Onda yəqin taparıq; Əsrlərin içində; Gizlənən həqiqəti. R.Rza.
Həyatda, təcrübədə sınanmış fikir, mülahizə, mühakimə. Hamıya məlum bir həqiqət. Bu, sınaqdan keçmiş həqiqətdir. Doğrudan da, həqiqətən. Bu yerlər həqiqət gözəldir. - Bədircahan həqiqət doğru deyir ki, onun ürəyi yanmır. N.Vəzirov. [Sultan bəy:] Hə, yaxşı tanıyıram, həqiqət [Mürsəl] çox gözəl kişi idi. Ü.Hacıbəyov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

HA2

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed