İzahlı lüğət

HƏR

əvəz 1. Bir toplunun ayrıca götürülən fərdi, onu təşkil edən şeylərdən hər biri. Hər adam. Hər ailə. Hər adambaşına. Hər bir - b ax hər. Hər bir adam. Hər bir şey. Hər bir təsadüfdə. Hər bir çətinlik qarşısında. - Əli yüz sirr oxuyur; Hər bir heyvan izində. R.Rza. Reyhan bütün dərslərindən; Hər bir zaman “beş” alardı. M.Dilbazi. Hər biri - toplu halındakı adamlardan, ya şeylərdən ayrıca götürülmüşü. Hər birinə tapşırıq vermək. Hər birini ayrıca dinləmək lazımdır. - Əgər Məcnun, əgər Fərhad - olar kim, dərd çəkmişlər; Yığılsınlar, mənimçin hər biri çarə yazsınlar. Qövsi. [Kərim baba ilə Ayrım qızı[ keçmiş igidliklərindən söyləyir, öyünməyə və hər biri özünü bəyəndirməyə çalışırdı. A.Şaiq. // Bir çox hallarda əksinə, topluluq mənası verir. Hər işə qarışmaq. Hər arzusunu yerinə yetirmək. - Xədicə hər istədiyini [həyata keçirməyə[ adət etmişdi, ərköyün böyümüş bir qızdı. S.Hüseyn. Hər adam - bax hər kəs. Bu qədər zurnaçı, züyçü əbəsdir; Hər adam bir quzu yemləsə bəsdir.. M.Araz. Hər an - b ax hər vaxt. Hər an gözləmək. - Görsə kim, birfəqir edib üsyan; Lən edər ol fəqir Üçün hər an. S.Ə.Şirvani. Hər cəhətdən (cəhətcə) - tamamilə, bütünlüklə. Dünyada hər cəhətcə birbirinin eyni olan iki adam yoxdur. Ə.Abasov. Hər cür - cürbəcür, müxtəlif. [Rəsul[ hər cür yeməkdən araya gətirdi. “Aşıq Qərib”. Hər dəqiqə - b ax hər vaxt. Mən hər dəqiqə Bədirnisə xalanın içəri girəcəyindən qorxurdum. M.Hüseyn. Hər gün - daima, həmişə. Hər gUn xeyrə açılmır dünyamızın bal ağzı. M.Araz. Hər kəs (kim) - 1) hər bir adam, hamı, bütün adamlar. Bundan hər kəsin xəbəri var. Şagirdlərdən hər kim çalışsa, usta ola bilər. - Hər kim məni, belə görə, bil, ağlar; Dağ, daş yanar, ulus, oymaq, el ağlar. M.V.Vidadi. ..Rəşidin bu insanlığını və hümmətini hər kəs bildi. İ.Musabəyov; 2) naməlum, qeyri-müəyyən adam, kim olur olsun. Hər kimdir, qoy içəri gəlsin. - [Sərvər:[ Onda qızı hər kəsə istəyirsən, ver! Ü.Hacıbəyov. Hər ləhzə - b a x hər an. Gəh təmənna tiğin eylərsən, gəhi peykanını; Yerdən hər ləhzə bir ehsanə eylərsən həvəs. S.Ə.Şirvani. Hər nə - hər şey, nə varsa. Hər nə olursa. Hər nə istəsə, ver. Hər nə desə, qulaq as. Onun əlindən hər iş gələr. - Hər nəyimiz varsa, qurbandır sənə; Yaz gələr, atını minərsən yenə. H.K.Sanılı. [Minnət xanım:[ Onu da yadında saxlarsan, sonra hər nə lazımdır, mən sənə deyərəm. Ü.Hacıbəyov. Hər nəfər - bax hər kəs. [Şah:[ Peşə ilə hər nəfər öz işlərin saz eylər. Ü.Hacıbəyov. Hər saat - bax hər vaxt. Hər saat hazır olmaq. Hər şey - bütün, hamı, nə varsa hamısı. Hər şeyi açıb demək. Hər şeydən əlini üzmək. - Hər şey gözəlləşmədə; Sən də gözəlləş; Bu həyat kimi. M.Müşfiq. Hər şey dərin bir sükut içində sahibinə baxıb, sanki soruşurdu. Mir Cəlal. Hər tərəf - bütün ətraf, ətrafdakı yerlər. Hər tərəfdə yağış yağır. Hər tərəfdən musiqi səsi eşidilir. - Telli həyətin hər tərəfinə göz gəzdirdi. S.Hüseyn. Hər tərəfdə sükut çökəndə gəmi mexanizmlərinin uğultusu eşidildi. M.Hüseyn. Hər vaxt - həmişə, hər zaman. Hər vaxt qapımız üzünüzə açıqdır. Hər vaxt istəsəniz, gələ bilərsiniz. Hər yan
hər tərəf, ətraf. Hər yan qarla örtülmüşdü. Hər yan qaranlıq idi. - [İsmət:[ Açılmış hər yanda güllər, çiçəklər; Qızlar, oğlanlar sevinər, seyr edər. H.Cavid. [Mərcan bəy:[ Səsin düşüb hər yana; Çığırırsan, ay arvad. Ü.Hacıbəyov. Hər zaman - b ax hər vaxt. Hər zaman bunları gözüm görəndə; Köhnə yaram olur təzə dünyadə. Aşıq Ələsgər. Mən çox istərdim ki, sənin hər zaman; Örtməsin o dilbər hüsnünü duman. S.Vurğun. Həmcins üzvlü cümlələrdə bölgü bildirir. [Abbas:[ Qovma dərgahından şirin nökəri; Geymərəm hər şalı, hər qələmkari. “Abbas və Gülgəz”. Bu xəbər hər yana, hər yerə, hər səmtəyayılır və çatırdı. S.Rəhimov.
□□ Hər addımda (addımbaşı) - daim, tez-tez. Hər addımda çətinliklə üzləşmək. Öz kökünü bilməyən gözü küllü bu millət; Zamanın yollarında hər addımda yanıldı. M.Müşfiq. Hər ağızdan bir avaz (səs) gəlir (çıxır) - bir işdə ümumi rəyin, yekdilliyin olmadığını bildirir. [Kazım:[ Qoyurlar ki, adam bir şirin yuxu yata?! Gecə yarıyacan baş-beynimizi aparırlar. Hər ağızdan bir avaz gəlir. İ.Şıxlı. Hər bir ehtimala qarşı - ehtiyac xatirinə, ehtiyac olduqda, lazım gəldikdə, ola biləcək bir iş xatirinə. [Fəxrəddin[ hər ehtimala qarşı ehtiyat edərək, qapıdan çox uzaqda durmuşdu. M.S.Ordubadi. Hər bir kəlamı (sözü) qızıldır - çox ağıllı, dəyərli, parlaq danışıq haqqında. Dünyagörmüş qocanın hər kəlamı (sözü) bir qızıldır. Hər biri bir oğula dəyər - çox qiymətlidir, misli-bərabəri yoxdur, çox gözəldir. Bu ağacların hər biri bir oğula dəyər. Hər gördüyündən göz kirəsi istəmək - gördüyü, rast gəldiyi
adamdan bir şey almayınca əl çəkməmək. Hər halda - 1) ehtimal bildirir - yəqin, nə olursa olsun. Hər halda bu gün gələcək. [Ceyran:] Hər halda yenə görüşə bilərik. S.Hüseyn. Hər halda yazdığım acı həqiqət; Balaca bir qızın böyük dərdidir. M.Rahim;
nə kimi vəziyyət olur olsun, nə olursa olsun, mütləq. Hər halda gəlməlisən. Axund Fərəc hər halda camaatı ağlatmalı idi. Qantəmir. [Üçüncü əyan:] Mənim fikrimcə, hər halda vəliəhdi paytaxta çağırmaq lazımdır, yoxsa sonra gec olar. Ü.Hacıbəyov. Hər hansı bir - qeyri-müəyyənlik bildirir. Hər hansı bir şəxs. Hər hansı bir iş. [Nüsrətəddin:] Azərbaycan xalqı Toğrul ilə hər hansı bir məsələ üzərində müzakirə aparmaq üçün məni vəkil etməmişdir. M.S.Ordubadi. Hər işə (şeyə) qulp qoyur işləməyə mane olur. Hər şeyə qulp qoymaq onun köhnə adətidir. Hər kol dibindən çıxan - b ax hər yerindən duran. Hər kol dibindən çıxan özünü rəis sayır. Hər necə çalsa(lar), elə (eləcə) də oynamaq - öz müstəqil fikri olmayıb başqasının sözü ilə iş görmək. Müstəqil fikri yoxdur, hər necə çalsalar, elə də oynayır. Hər nə isə - söhbəti, söylənilən fikri yekunlaşdırmaq üçün işlənir; nə isə. Gecə şehmi düşmüş, xırdaca yağışmı yağmışdı, hər nə isə... M.Rzaquluzadə. Hər nə qədər (olsa) - necə olsa, hər halda. Hər nə qədər olsa əməkdaşımızdır, kömək etmək lazımdır. - Yer üzündə hər nə qədər insan yaşar; Yer üzündə o qədər də şeytan yaşar. M.Araz. Hər nə olur(sa) olsun - hər halda, necə olur olsun, mütləq. Hər nə olur olsun, kitab sahibinə qaytarılmalıdır. Hər nə olur olsun, getməliyəm. Hər şeydən əvvəl - ilk növbədə, ilk öncə; ən ümdəsi (bir şeyin əhəmiyyətini gücləndirir). Hər şeydən əvvəl, biz dostuq. Hər şeydən əvvəl, ədalətli olmaq lazımdır. Hər şeyi söz eləmək - hər boş şeyə diqqət vermək, ondan məna çıxarmaq. Hər şeyi söz eləyib dava salmaq. Hər tükü bir qızıl zar.
çox tərif məqamında işlənir. Qoyunumun hər tükü bir qızıldır. Hər vəchlə - hər vasitə ilə, hər necə olur olsun, hər halda. Müxtəsər, hər vəchlə məşrutə min nöqsandadır.. M.Ə.Sabir. Hər yerindən duran; hər yetən (çatan); hər yoldan (küçədən) ötən (keçən) - başqası haqqında saymazyana işlədilən ifadə. Hər yerindən duran şair olub. Hər yoldan ötən göstəriş verir. [Qərib:] Qayıtmasam, qınar məni hər yetən; Getdim, yar, əyləndim, bəlkə gəlmədim. “Aşıq Qərib”. [Əminə:] Hər çatan rüşvət verib canını qurtarmadımı? Ə.Əbülhəsən. Hər yolla - hər necə olursa olsun, bütün vasitələrlə. [Əyanlar:] Həryolla çalışırdılar ki, mollanı Teymurun gözündən salsınlar. “M.N.lətif.”
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed