İzahlı lüğət

HƏRARƏT

is. [ər.] 1. İstilik. Havanın hərarəti. Sobanın hərarəti. - Payızın ilk günləri idi. Günəşin şüaları qüvvədən düşmüş və yayda saçdığı hərarəti verməkdən aciz idi. T.Ş.Simurq. Bahar günəşinin hərarəti tək; Xəyalım dünyanı salama gəlir. S.Vurğun. // İnsan bədəninin istilik dərəcəsi (səhhətin göstəricisi kimi); qızdırma. Xəstənin hərarətini ölçmək. Uşağın hərarəti var. - Yasəmənin qızdırması getdikcə artırdı. Səhər açıldıqda hərarəti 40 dərəcəyə çatdı. S.S.Axundov.
məc. Mehribanlıq, səmimiyyət; səmimi, xoş hisslər, xoş münasibət. Dedim, iki anam vardır, qoy var olsun bu həqiqət; Onlarındır şerimdəki bu məhəbbət, bu hərarət. S.Rüstəm. Həbib Gözəlin evində hərarət, körpələrində ünsiyyət, özündə mərhəmət gördüyü kimi, Gözəl də Həbibdə insaniyyət, mehribanlıq hiss edirdi. Ə.Vəliyev.
is. Hərarətlə şəklində zərfi - mehribanlıqla, səmimiyyətlə, xoş hisslərlə, xeyirxahcasına, coşqunluqla. Hərarətlə görüşmək. - Qadın qollarını açıb, Tahirin boynunu hərarətlə qucaqladı. M.Hüseyn. Gəlirim bu olub ki, neçə insan əlini; gözlərinə dik baxıb; hərarətlə sıxmışam. R.Rza.
// məc. Coşqunluqla, qızğınlıqla, ehtirasla. Ortada bir nəfər dayanıb çox hərarətlə danışırdı. S.Rəhman.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed