İzahlı lüğət

HƏRARƏTLİ

sif 1. İsti, qızmar, yandırıcı. Hərarətli günəş. Hərarətli soba. - Çıxarır zahirə şöhrətli Ural qatlarını; Rəngbərəng, canlı, hərarətli metal qatlarını. M.Müşfiq.
Hərarəti, istisi olan; qızdırmalı.
məc. Qızğın, atəşin, alovlu, ehtiraslı, coşqun. Hərarətli nitq. Hərarətli salamlar. [Yaşlı kişi:] Mən [Şirinnazı] bir zaman nə qədər də hərarətli bir məhəbbətlə sevib əzizləmişdim. S.Hüseyn. Güllə səsi Xəlili hərarətli, işıqlı aləmdən ayırıb, yovşanlı, şoran düzə qaytardı. İ.Məlikzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

H

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed