İzahlı lüğət

HƏRBİ

sif. [ər.] 1. Hərbə, müharibəyə aid olan, müharibə ilə əlaqədar olan. Hərbi vəziyyət. - Öz əlinlə öz yurduna ölüm dartmaq! Bu “yeni” bir hərbi məntiq! M.Araz. // Müharibə ehtiyacları üçün olan. Hərbi zavod. Hərbi sənaye. - Gurlayır dalbadal hərbi gəmilər; Soruşur parolu Hüseyndən şəhər. M.Rahim. Şəhərdə bütün əhalini ayağa qaldırmaq, düşmənin hərbi sursat və avadanlıq aparmasına yol verməmək lazım idi. S.Vəliyev.
Orduya aid olan, orduda xidmətlə əlaqədar olan; əsgəri. Hərbi həkim. Hərbi məktəb. Hərbi xidmət. Hərbi mükəlləfiyyət.
Orduda xidmət edən adamla əlaqədar olan; əsgəri. Hərbi and. // Hərbi xidmətçiyə aid; əsgəri. Hərbi forma (geyim). - Bir dəfə istirahət günü hərbi libası dəyişib sivil libas geyərkən [Zərqələm] məni tanımadı. Ə.Sadıq.
Orduda xidmət edən; hərbçi, hərbiyyəli. Hərbi adam.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

HA2

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed