İzahlı lüğət

HƏRCAYİ

sif [fars.] 1. Avara, sərsəri, veyil, heç bir işlə məşğul olmayan. Hərcayi adam. - Ələsgərəm, doğru yoldan azmaram; Hərcayi gözələ tərif yazmaram. Aşıq Ələsgər. Şəhərlərdə müxtəlif hərcayi və macəracu ünsürlərin baş qaldırıb, talanlar yaratmaq qorxusu yaranmışdı. M.İbrahimov. // Zərf mənasında. Boş-boş, avara-avara, veyil-veyil. Vəqt oldu çıxıb küçədə cövlan edəsiz siz; Hərcayi gəzib, hər yeri seyran edəsiz siz. M.Ə.Sabir. // İs. mənasında. Hərcayidən, müxənnəsdən, nadandan; Nə söz qaldı sənətkara dəyməmiş? Aşıq Ələsgər. Hiyləgər, hərcayi, yaltaq, tamahkar; Xalq içində, dost yanında olar xar.. Aşıq Hüseyn.
2. Mənasız, boş. Hərcayi iş. - [Hacı:] Hərcayi söz danışırsan! M.İbrahimov. Içəridən .. zarafatlaşan cavanların hərcayi sözləri eşidilirdi. İ.Hüseynov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed