İzahlı lüğət

HƏRİF

is. [ər.[ 1. Gözə tanış gəlməyən, şübhəli görünən tip; subyekt. Bu hərif kimdir? O hərif haradan gəldi? - [Mehralı:[ Müxtəsər, bankdan bizim çeklərlə pul alanda hərifləri qamarlayıblar. S.Rəhman. [Yusif:[ Həriflər daşımağa macal tapmayıblar, özləri əkilsə də, çuvallar şahid qalıb.. B.Bayramov.
məc. Bic, çoxbilmiş, tez başa düşən, tez duyan, ayıq. Yaman hərifdir. - Bəhram hərif olduğu Üçün Qulunun bu mehribanlığına əhəmiyyət vermədi və .. bu nəvazişdən sonra əməli bir təklif olacağını gözlədi. Çəmənzəminli. [Hacı Murad:[ Amma o da hərifdir, özünü o yerə qoymuşdu ki, guya heç bir zaddan xəbəri yoxdur. S.S.Axundov.
Yüngül söyüş məqamında işlədilir. [Altunbay:[ Sən də, Toğrul, xristian hərif yaxın gəl! C.Cabbarlı. [Ağasəfər:[ Adə, ey .. çayqıraqlı pəzəvəng hərif! Qrammofon niyə susdu? Ə.Əbülhəsən. // məc. Alçaq, yaramaz (adı çəkilməyə layiq olmayan adam haqqında). - Nə var? - Nə oldu? - Həriflər özgə bir səngərə doldu. S.Vurğun. Bombatək partlaram döyüş zamanı; Bütün hərifləri edərəm zəlil. S.Rüstəm.
dan. Oyun yoldaşı; oyundaş. Hərif uduzdu. - Uşaqlardan biri o birilərinə him ilə bildirirdi ki, gələn hərif xamdır. H.Sarabski. Hərifin biri həmişə istər ki, aşıqlar alçı dursun, o birisi də gözünü dikib tovxanlara müntəzir olar. Ü.Hacıbəyov.
klas. Sirdaş, yoldaş, munis. Bildim, qəmini sənin, ki çoxdur; Qəm çəkməyə bir hərif yoxdur. Füzuli.
Bax rəqib 2-ci mənada. Qara pəhləvan gördü, yox, hərif çox qüvvətlidir. “Koroğlu”.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

HA1

HAY

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed