İzahlı lüğət

HƏSƏD

is. [ər.] 1. Paxıllıq. Onun saf qəlbində nə qəzəb, nə kin; Nə həsəd, nə də ki, bir xəyanət var. S.Vurğun. Bu kəndin yeri, torpağının yetirdiyi məhsul qonum-qonşu kəndlərin həsədinə səbəb olardı. S.Rəhimov. Həsəd aparmaq (etmək, çəkmək) paxıllıq etmək, paxıllığını çəkmək. Hər kəs eşqimizə həsəd aparsın; Hər kəs hüsnümüzün olsun heyranı! M.Müşfiq. Hamının gözü Nəcəfdə idi. Ona həsəd edənlər də vardı. Q.İlkin. Dostum, doğrudan da, qəribədir, sən; Mənim taleyimə həsəd çəkirsən. Ə.Kürçaylı. Həsədlə şəklində zərf mənasında. Elə ki, köksünə sıxır qarmonu; Oğlanlar ona bir həsədlə baxır. N.Xəzri. [Qəndab:] Qız həsədlə köksünü ötürür, öz bəxtindən şikayət edirdi. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

HM

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed