İzahlı lüğət

HƏŞƏM

is. 1. Döyülmək üçün dərzdən açılıb xırmana tökülən taxıl. ..Vələ qoşulmuş öküzlər, atlar həşəmin üstündə günortaya qədər hərlənir, birtəhər dəni küləşdən ayıra bilirdilər. B.Bayramov. □ Həşəm etmək - taxılı dərzlərdən açıb döyülmək üçün xırmana tökmək. [Uşaqlar:] Eybi yoxdur, biz həşəm eləyənədək gün qızar. Q.İlkin.
2. Quru ot, ələf. Qızıl gülü dərərlər; Həşəm üstə sərərlər; Rəngimi yar saraldıb; Qızdırmadan görərlər. (Bayatı). Bezdən bir adam fiquru tikib içinə həşəm doldurardılar. H.Sarabski.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

HA1

HA2

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed