İzahlı lüğət

HƏŞƏRAT

is. [ər. “həşərə” söz. cəmi]
Cücülər. Həşəratın əkinlərə zərəri. Kimyəvi və bioloji üsulla həşəratı məhv etmək. [Ahuramazda:] Ən savab işlər - susuz yerə su çıxarmaq, ağac əkmək, körpü salmaq, zərərli həşəratı öldürməkdir. Çəmənzəminli. [Tağı əmi:] Kərtənkələlərin zəhəri yoxdur. Özləri də zəhərli həşəratı yeyib tələf etməklə bizə böyük mənfəət yetirirlər. S.S.Axundov.
2. məc. Dəyərsiz və zərərli adamlar haqqında. Bunlar adam deyil, həşəratdırlar. [Mahmud bəy:] Biçarə nə eyləsin, həşəratlardan hər nə pis iş desən gözləmək olar. N.Vəzirov. [Polkovnik:] Həşəratlar [kəndə] gedən dəmiryolunu dağıdıblar... S.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

HAY

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed