İzahlı lüğət

HƏSİR

is. [ər.] Bəzi ağacların liflərindən, küləşdən, qamışdan və s.-dən toxunan məmulat (yerə sərmək və s. məqsədlər üçün işlədilir). Ustalar əllərini yuyub, gavalı ağacının altına salınmış həsirin üstə əyləşdilər. Çəmənzəminli. [Sarıköynək] çox vaxt həyətdə oturub həsir toxuyardı. S.Hüseyn. // Həmin məmulatdan toxunmuş və ya düzəldilmiş. Həsir şlyapa. - Ranqunun kənarları yüngül qamış və ya həsir evlərdən ibarətdir. M.İbrahimov.
□□ Bir həsir, bir Məmmədnəsir - çox kasıb, yoxsul, heç bir şeyi olmayan adam haqqında. [Bəbir bəy:] Sənin kimi oğlanı belə bir həsir, bir Məmmədnəsir görəndə vicdanım ağrıyır. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed