İzahlı lüğət

HƏSRƏTLİ

sif 1. Ürəyində həsrəti, arzusu, istəyi olan; diləkli, arzulu; həsrətkeş. Həsrətli valideyn. Həsrətli sevgililər. - Beyrək və yoldaşları cəfakeş kürəkçilərlə həsrətli doğma qardaşlar kimi bir-birlərinə sarmaşdılar. M.Rzaquluzadə. Ümid .. uzaq səfərdən gəlmiş həsrətli adam kimi anası ilə qucaqlaşdı. B.Bayramov.
2. Həsrət ifadə edən. Həsrətli baxış. [Sarıköynək] məndən ayrılarkən həsrətli bir ah çəkdi. S.Hüseyn. Həsrətli gözlərlə boylanır qarı; Külləri soyumuş ocağa sarı. S.Vurğun.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed