İzahlı lüğət

HƏVALƏ

is. [ər.] 1. Birinin üzərinə, öhdəsinə buraxma, qoyma, tərk etmə; birinə tapşırma. □ Həvalə edilmək (olunmaq) üzərinə, öhdəsinə buraxılmaq, qoyulmaq, tapşırılmaq. [Xəlil:] Bax, çay hazır, tökülməsi də gənc xanıma həvalə olunur. Çəmənzəminli. Qız zərif əlləri ilə paltar yudu, xəmir yoğurdu, hətta axır zamanlar çörək yapmaq da ona həvalə olundu. T.Ş.Simurq. Həvalə etmək - üzərinə, öhdəsinə buraxmaq,
qoymaq, tapşırmaq. [Qüdrət:] Sərdar bu vəzifəni [Cavad ağaya] həvalə edib. M.S.Ordubadi. Böyük qardaşının [Nəsirə] həvalə etməkdə olduğu xüsusi işləri o qədər çox olardı ki, axşamadək ancaq onların öhdəsindən gələ bilərdi. S.Hüseyn.
mal. Bir ödənişin başqa şəxsin adına keçirilməsi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed