HƏYƏCANis. [ər.] 1. Hər hansı bir səbəbdən doğan daxili təlaş, narahatlıq, təşviş, iztirab. Qətibənin iztirab və həyəcanı həddindən aşmışdı. M.S.Ordubadi. Ağca həyəcandan qızarmış, başını aşağı salmışdı. Mir Cəlal. Həyəcan keçirmək - narahat olmaq, təlaş keçirmək, iztirab keçirmək, həyəcanlanmaq. Çərkəz, dostunun da həyəcan keçirəcəyini, bu xəbəri eşidən kimi əl-ayağa düşəcəyini və onun dərdinə şərik olacağını gözləyirdi. İ.Şıxlı. Teymur qaranlıqda qızın üzünü görə bilməsə də, onun həyəcan keçirdiyini hiss etdi. H.Seyidbəyli. □ Həyəcana düşmək (gəlmək) təşvişə düşmək, narahat olmaq, həyəcanlanmaq, iztiraba düşmək. Vəliəhdə gəldikdə, gözəl qızın həya tərləri içərisində üzdüyünü görüncə həyəcana düşmüşdü. M.S.Ordubadi. [Musa kişi] Firidunu görmədikdə həyəcana düşdü. M.İbrahimov.
Vəlvələ, çaxnaşma, küy. [Tərxan:] Bax, nədir o axın, yürüş, həyəcan? A.Şaiq. Təhlükə, təhlükəli vəziyyət, həmin vəziyyəti bildirən siqnal. Həyəcan siqnalı döyüşçüləri ayağa qaldırdı. Ə.Vəliyev. məc. Dalğalanma, kükrəmə, coşma, tüğyan. Dənizin həyəcanını sahilin sakitliyi əvəz eləmişdi. B.Bayramov. Həyəcanla şəklində zərf - həyəcan içində, həyəcanlı surətdə, coşqunluqla. Həyəcanla danışmaq. Həyəcanla oxumaq. - Sinif qapıları açılır birdən; Çıxır həyəcanla birbir uşaqlar. N.Rəfibəyli. Günlər həyəcanla ötüşdü bir-bir; Yatmadım bəzən də səhərə qədər. N.Xəzri. Paylaşın - Hamı bilsin
|