İzahlı lüğət

HEYƏT

is. [ər.] 1. Hər hansı bir təşkilatın, kollektivin tərkibini təşkil edən adamlar toplusu; tərkib. Redaksiya heyəti. Komissiyanın heyətində dəyişiklik. - [Çingiz gənclərə:] Müsamirə düzəltmək üçün ayrıca bir heyət seçməlidir. Çəmənzəminli.
Xidmətinə, ixtisasına və s. görə bir qrup təşkil edən adamlar. Rəhbərlik edən heyət (rəhbərlər). Komanda heyəti (komandirlər). Müəllim heyəti (müəllimlər). [Sədr:] Məhkəmə heyəti müttəhim Baxışın da qiyamçılar hərəkatı ilə əlaqəsi olduğunu təsdiq edir. C.Cabbarlı.
klas. Görkəm, görünüş, şəkil, surət, qiyafət. Xubani-hərəm [hökmdarı] bu heyətdə görəndə az qaldılar qəhqəhə etsinlər. M.F.Axundzadə. [Münəvvər:] Ana, mənim təqsirim nədir ki, bu libaslar ilə məni insanlıq heyətindən çıxartdın? M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

HAY

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed