İzahlı lüğət

HƏYƏT

is. [ər.] 1. Adətən evin qabağında ətrafı hasar və ya başqa binaların divarları ilə əhatə olunmuş sahə. [Gülsüm] qapını ahəstə açıb çıxdı həyətə və sinəsini sərin hava ilə doldurub boşaltdı. Ə.Haqverdiyev. Hər evin həyətində nar və gilənar ağacları ilə dolu bağlar var. İ.Əfəndiyev. Xəstəxana həyətində bülbül oxuyur; Tibb bacısı dönüb baxır əlində dərman. M.Araz. // Hər hansı tikilini dövrələyən açıq sahə. [Hacı Əhməd:] Bardaqları uşağın əlindən alıb, [məktəbin] həyətində yerə elə çırpmışam ki, saxsıları .. indi də elə oradadır. C.Cabbarlı. [Səriyyə xala:] Gülnaz, qızım, soraqlaş, heç olmasa məscidi tapaq, bəlkə məscid həyətində daldalanmalı bir yer oldu. M.İbrahimov.
Bütün təsərrüfat tikililəri ilə birlikdə kəndli evi; ayrıca kəndli təsərrüfatı. Kənd 150 həyəti birləşdirir.
Heyvan, təsərrüfat inventarı və s. üçün bina; ümumiyyətlə, tikili. Həyətləri birləşdirib torpaq yola çıxan, sonra da sahildəki çəmənliyi çalın-çarpaz doğrayıb Kürə enən cığırları ot basmış, kəndin üst tərəfindəki təpələrin rəngi dəyişmişdi. İ.Şıxlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

HOP

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed