İzahlı lüğət

HEYRAN

is. [ər.] Gözəl və ya əzəmətli bir şey qarşısında vurulmuşcasına çaşıb qalma; valeh olma. [Nigar xanım:] Eyvazım bənzər laçına; Sonalar heyran saçına. “Koroğlu”. □ Heyran etmək (buraxmaq) - valeh etmək, məftun etmək, heyrət içində buraxmaq. Oğlanın cəsarəti, bu yad yerdə qorxmaması onu [Zəmigarı] heyran etmişdi. İ.Şıxlı. Heyran qalmaq (olmaq) - valeh olmaq, məftun olmaq; bir şey qarşısında vurulmuşcasına çaşıb qalmaq. Nə gözəldir, nə qəribə, səfalı; Heyran olur adam görcək bu halı. A.Səhhət. Həm də gözəl ney çalır, o qalır yana-yana; Eşidən heyran qalır onun mahnılarına. B.Vahabzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed