İzahlı lüğət

HİDROGEN

[yun. hydor və genos - doğma[ Oksigenlə birləşdikdə su əmələ gətirən yüngül qaz - kimyəvi element. Kimyəvi analiz yolu ilə müəyyən edilmişdir ki, suyu öz tərkib hissələrinə ayırdıqda, ondan iki bəsit maddə - hidrogen və oksigen alınır. “Radioaktiv atomların tibdə və biologiyada tətbiqi”. // Tərkibində hidrogen olan. Hidrogen birləşmələri. - Kimyəvi saf su iki kimyəvi ünsür əmələ gətirir. Bunlardan biri yüngül qaz olan hidrogen qazıdır. “Kainatın inkişafı”.
□□ Hidrogen bombası - atom bombasının bir növü, hidrogen atomlarının nüvə enerjisindən istifadə olunması əsasında işləyən son dərəcə güclü partlayıcı bomba. Hidrogen bombasının qadağan olunması uğrunda mübarizə. - ..Hidrogen bombasının mühüm tərkib hissəsini atom bombası təşkil edir. “Kimyanı yaxşı bilirsinizmi”.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed