İzahlı lüğət

HİFZ

is. [ər.] Qoruma, mühafızə etmə, mühafizə, qoruyub saxlama. [Seyid:] Şəriət ehkamını hifz yolunda heç bir xidmətiniz olubmu? Mir Cəlal. □ Hifz etmək - qorumaq, mühafizə etmək, qoruyub saxlamaq. Ya rəbbim, adilsən, hifz elə bizi; Halal ocaqlara üzv elə bizi. M.Araz. // Yadda saxlamaq, unutmamaq. Deyilən sözü hifz etmək lazımdır. - [Müsyö Jordan:] Indi də mənim ilə durub-oturmaqdan birpara kəlimatı hifz edibdir. M.F.Axundzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......