İzahlı lüğət

HİKKƏ

is. 1. Təşəxxüs, lovğalıq, iddia, mənəm-mənəmlik; tərslik. Hikkəsindən əl çəkməmək. - Qartal qıyıltısı dumanı dəlir; Insan hikkəsinin sahili yoxdur. M.Araz.
Dəyişmirsən fikrini; Lap bu dünya dağıla; Öz hikkəndə qalmısan; Sən boğula-boğula. B.Vahabzadə.
2. Acıq, hirs. Aslan isə barıt kimi açılır, bəzən qəhərlənir və hikkəsindən ağlayırdı. S.Rəhimov. [Zərnigar xanım] önlüyünün ətəyi ilə gözlərini silib, hikkəsindən boğulaboğula: - Gördünmü, ay bala, - dedi, - atan mənim başıma nə oyun açdı? İ.Şıxlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed