İzahlı lüğət

HİKMƏT

is. [ər.] 1. Müdrik söz, dərin fikir, dərin məna, müdriklik, dərinlik. Onun sözlərində bir hikmət var. - Müdrik insanların hikmətlə dolu; Dərin söhbətinə minnətdaram mən. M.Rahim. // İbrətamiz, nəsihətli söz, kəlam. [Fərzəli:] Çobanın könlü olsa təkədən pendir tutar, - bu sözün hikməti böyükdür. Ə.Sadıq.
məc. Anlaşılmaz şey, gizli səbəb, sirr, müəmma. Bütün məclis təəccüb elədi ki, bu nə hikmətdir? “Lətif şah”. ..Italiyada misli olmayan zəlzələ üz verib, .. alimlər oraya dolmuşlar ki, zəlzələnin hikmətlərini mümkün qədər öyrənsinlər. C.Məmmədquluzadə.
Keçmişdə: fəlsəfəyə, təbiət elmlərinə, xüsusən fizikaya verilən ad. [Sabbah:] Cəbrə, ya hikmətə vaqif bir adam; Səncə bir falçımı ya?! Anlayamam. H.Cavid. [Məşədi İbad:] ..Mən tarixi-nadir kitabını yarısına qədər oxumuşam, ona görə hikmət elmindən yaxşı biliyim vardır. Ü.Hacıbəyov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed