HIRILDAMAQf dan. Şit-şit, boş-boş, mənasızca gülmək. Lovğalanıb, a görməmiş, çox da belə fırıldama! Tərbiyəsiz uşaq kimi boş-boşuna hırıldama! M.Ə.Sabir. Məhəmmədhəsən əmi qabı çəkdi qabağına və istədi çörəyini batırsın qatığa, Əhməd başladı hırıldamağa. C.Məmmədquluzadə.
Paylaşın - Hamı bilsin
|