HİRSLİsif 1. Hiddətli, acıqlı, qəzəbli, hirslənmiş. Hirsli kişi. - [Məşədi Qəzənfər:]
Məşədi, sənin bu aşnaların nə hirsli adamlardır? Ü.Hacıbəyov. [Mahmud] hirsli arvaddan əvvəlcə qorxdu. Ə.Əbülhəsən. // zərf Hirsli-hirsli. Hirsli danışmaq. Hirsli cavab vermək. - Nazir yerindən durmayıb, üzünü Salmana tutub hirsli soruşdu.. Ə.Haqverdiyev. Övrət hirsli girir ərinin otağına və başlayır bu cür məzəmmət eləməyə: - A kişi, sən olasan Allah, bu kitabları və kağızları tulla cəhənnəmə. C.Məmmədquluzadə. // Hirs, acıq, qəzəb ifadə edən; qəzəbli, acıqlı. Hirsli nəzər. Hirsli görkəm. Geniş açılmış qırpımsız, hirsli gözləri gördükdə [arvada] elə gəldi ki, kişi heç bir an da yatmayıb. İ.Hüseynov. 2. məc. Şiddətli, kəskin, coşqun. Hirsli hava. Hirsli dəniz. - Axşamdan bəridir könlümdə yenə; Hirsli fırtınalar, qasırğalar var. S.Vurğun. hirsli-hirsli zərf Hirsli halda, qəzəbliqəzəbli, hiddətlənərək, acıqlı-acıqlı; qəzəblə, hirslə, hiddətlə. Hirsli-hirsli danışmaq. Qara bəy hirsli-hirsli Oruca baxdı. Ə.Vəliyev. [Rəşid:] Canbalayevin hirslihirsli bir-birinə sıxılmış dodaqları, zəhmli gözləri təsəvvürümdən silinmirdi. İ.Hüseynov. Paylaşın - Hamı bilsin
|