İzahlı lüğət

HİSLİ

sif. 1. His verən, yaxşı yanmayıb his eləyən; tüstülənən. Hisli təndir. - Dağ başı səsli qalar; Ocağı hisli (z.) qalar; Yemək ilən dost olan; Illərlə küslü qalar. (Bayatı). Hisli lampanın işığında bir neçə adam işləyirdi. Q.İlkin. His çəkmiş, his basmış, hisdən qaralmış, hislə örtülmüş. Hisli qazan. Hisli tava. Kürsünün altında var: üzüqoylu çevrilmiş bir qazan, bir çanaq, içində qatıq, bir qara, hisli çaydan. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed