İzahlı lüğət

HİSS

is. [ər.] 1. Bax duyğu. [Rüstəm bəy Sofya xanıma:] Hiss təbiət zəkasının təzahürüdür, təbiət istədiyini hiss vasitəsilə görür. Çəmənzəminli. Səbrlə, tədbirlə ölçüb-biçmədən; Ağla güvənmədik, hissə güvəndik. B.Vahabzadə. Görən doğrudanmı
insan qəlbinin; İncə hisslərinə toxunmur şeir? M.Araz. □ Hiss etmək - bax duymaq.
Aclıq hiss etmək. - Əri Cavad tamam qışı xəstə yatıb, indi isə qıçlarında bir qədər qüvvət hiss edib dedi.. Ə.Haqverdiyev. [Əminə:[ Heyrətindən şillənin ağrı-acısını belə hiss etmədi. Ə.Əbülhəsən.
məc. Sevgi, məhəbbət. Hadisə Qadiri elə çaşdırmış, ruhunu və qəlbini elə sıxmışdı ki, elə bil, o gözəl qıza olan hissi və duyğuları da indi onun yadından çıxmışdı. Ə.Əbülhəsən.
Öz duyğuları, təəssüratı əsasında bir şeyi apaydın, həssaslıqla qavrama, dərketmə bacarığı. Gözəllik hissi. - Güman olunmasın ki, Münəvvər xanımda qadınlara xas olan qısqanclıq hissi zəif idi. Mir Cəlal. Hissə qapılmaq - bax hissiyyata qapılmaq (“hissiyyat”da). Şirzad hissə qapılan, yəni, Salmanın dediyi kimi, qəlbən şair idi. Hissə qapılanda da ürəyi yaz səhərinin üfüqləri kimi açılırdı. M.İbrahimov. [Səlim:[ Hissə qapılmaq məndə də var, Zərnişan! B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed