İzahlı lüğət

HİYLƏ

is. [ər.] Kələk, fırıldaq, fənd; məkr. [Şah vəzirə:] Vəzir, bu çox qəribə işdir, yəqin burada bir hiylə vardır. U.Hacıbəyov. Satqınların hiyləsindən; Neçə kərə; Tarix endi zirvələrdən dərələrə. B.Vahabzadə.
□□ Hiylə qurmaq (düzəltmək) - biclik işlətmək, kələk qurmaq. [Rüstəm bəy:] Cürbəcür hiylə qurmuşam. S.S.Axundov. Hiylə işlətmək (gəlmək) - hiylə ilə aldatmaq, yalan deyərək aldatmaq, biclik gəlmək. Vəzirin qızları hiylə işlədərək padşahın oğlanlarının onlara sataşdıqlarını analarına söylədilər. (Nağıl). [Şeyx Haşimi İbn-Xalidə:] Mən o sülh qasidinə inanmıram, Nofəl hiylə işlədir. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

H

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed