İzahlı lüğət

HİYLƏGƏR

sif. [ər. hiylə və fars. ...gər] Hiylə işlədən, kələkbaz, fəndgir, bic, məkrli. Hiyləgər adam. - [Nüşabə:] Düşmən həm güclüdür, həm də hiyləgər; Qüvvətlə, hiyləylə qazanır zəfər. A.Şaiq. Dünyanın ən hiyləgər, mahir kələkbazları; Saat ilə təqvimə əl qata bilmədilər; Yalnız vaxtı, zamanı aldada bilmədilər. B.Vahabzadə. // məc. Eyni mənada bəzi heyvanlar haqqında. Hiyləgər tülkü. - Görünür ki, kəndə dadanmış bu qurd çox təcrübəli və hiyləgər bir qurd idi. M.Rzaquluzadə.
2. Hiylə ifadə edən. Hiyləgər baxış. - Cəfər hiyləgər bir təbəssümlə göz vurdu və qonaqları sakit eləyə-eləyə: - Qardaş, hər sirr Allah yanındadır, - [dedi] Çəmənzəminli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed