İzahlı lüğət

HÖKMLÜ

sif 1. Amiranə, əmredərcəsinə, əmredici, ötkəm. Rüstəm kişi hökmlü səslə [Lal Hüseynə[ qışqırdı: - Qan sizi tutub! Əlli toğlu Sarıqamışlıqda nə gəzirdi? M.İbrahimov. [Qız[ “xoşgəldin” əvəzinə deyilən bu hökmlü sözlərin mənasını dərk etdikdə isə birdən yenə gülümsündü. İ.Hüseynov. Bəlkə qələmimi eşitmir masam; Şahların əsası ondan hökmlü! M.Araz.
Hökmü, nüfuzu, təsiri olan. Çox hökmlü adamdır. - Uzun illər əsrlər boyu insan xəyalını; insan arzusunu, sözünü, insanın özünü; sıxıb qanun adlı qəlib .. ya hökmlü, ya hökmsüz. R.Rza.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed