İzahlı lüğət

HOPMAQ

f Canına, içinə keçmək; sorulmaq. Su torpağa yaxşı hopur. - Hopduqca səhranın gövdəsinə su; Tərlədi qaxsımış bir bədən kimi. S.Vurğun. Ilk nəzərdə bu meşəliyin mənzərəsi ürəksıxıcı idi, taxtaşalbanına başdan-başa mazut hopmuşdu.. İ.Qasımov. // məc. Nüfuz etmək. Birdən bu son işıq zərrələri də elə bil zülmətə hopur, aləm yenə də qaranlığa cumurdu. Ə.Əbülhəsən. Hopdu ruhumuza bayatılardan; Nəğməyə bənzəyən ləhcələrimiz. B.Vahabzadə.
□□ Qanına-canına hopmaq - b ax qanına yerimək (keçmək, işləmək) 2-ci mənada (“qan”da).
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed