İzahlı lüğət

HOPPANMAQ

f 1. Atlanmaq, tullanmaq, sıçramaq, atılmaq. Sanki canavar bir adamın üstünə hoppanmaq və qanını sormaq istəyirdi. M.S.Ordubadi. Nökər birdən hoppanıb, Israfilin belindən yapışdı.. M.Hüseyn. // məc. Çox sevinmək, şadlığından özündən çıxmaq, atılıb-düşmək (bəzən “sevincindən”, "şadlığından” sözləri ilə). Orxana elə gəldi ki, bu qızın işi-peşəsi dağ keçisi təki qayalara dırmaşmaq, daşdan-daşa hoppanmaqdır. İ.Məlikzadə.
2. Bir şeyin üstündən atlanıb keçmək; aşmaq, atlanmaq, sıçramaq. Arxın üstündən hoppanmaq. - [Hatəmxan ağa:] Rüsxət verməsəm [Şahbaz bəy] atılar, minər atına, hoppanar Arazın o tayına, sonra mən onu haradan tapım? M.F.Axundzadə. Baxın, hər qapıda bir tonqal yanır; Uşaqlar hoppanır od-alov üstdən. S.Vurğun.
hoppana-hoppana zərf Hoppanaraq, sıçrayaraq, atlanaraq, atlana-atlana. Hoppana-hoppana pilləkənləri çıxmaq. - Üzü sarıqlı [şəxs] qoltuqlarında iki çəlik, qarğa kimi hoppana-hoppana mənə tərəf gəlirdi. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed