İzahlı lüğət

HÖRMƏK

f 1. Kərpici, daşı müəyyən qaydada palçıqla bir-birinə yapışdırmaq. Ikinci mərtəbəni hörüb qurtarmaq. [Qaçay:] [Mahmud] dəli deyil ki, belə soyuq bir gündə daş daşısın, əhəng, palçıq gətirsin, yaxud hündür bir divarın üstünə çıxıb divar hörsün. Ə. Xəlil. Dodaqaltı segah deyən qoca bənnalar; Sal daşlardan təməl qoyur, divar hörürdü. Ə.Cəmil. // Bir şeyi divar arasına qoyub gizlətmək, orada yerləşdirmək. Tüfəngi divarda hörmək. [Pərviz xan:] Baş hərəm olmaq üçün mənə öz arvadımı öldürtdün. Öz əlimlə qızımı divar arasına qoyub hördürdüm. Ə.Haqverdiyev.
İp, məftil, qarğı və s.-ni bir-birinin içərisindən keçirərək bir şey düzəltmək;
toxumaq. Həsir hörmək. - Piri kişi qapısında oturub səbət hörürdü. S.S.Axundov. Göllər kənarından keçdim yaz günü; Əlvan çiçəklərdən çələnglər hördüm. N.Xəzri. Hörük toxumaq, hörük etmək, hörükləmək. Atın yalını hörmək. - Zeynəb saçlarını səliqə ilə hörüb, boynunun dalına yığmışdı. M.İbrahimov. Qız durdu səhərsəhər; Saçını hördü, gəldi. R.Rza.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

HOR

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed