İzahlı lüğət

HORRA

is. 1. Müxtəlif maddələrdən ibarət sıyıq kütlə. [Qurban:] Qanın qaralmasın, Telli, yerə töküləni yığıb vermişəm, sexdə alma horrası qayırsınlar. Ə.Məmmədxanlı.
Təkərlərdən qopan horra palçıq yola səpilmiş narın ağ duzun üstünü tamam örtdü... İ.Məlikzadə. // Sıyıq, duru halda olan xörək. Bir aydan artıq Almazın ağzına horra tökdülər. S.Rəhimov. Yazıq uşaqcığazlar gündə bircə dəfə arpa unundan horra bişirib içirlər. M.Hüseyn. // məc. Çox sıyıq, duru bişirilmiş xörək haqqında. Bu umac deyil, horradır. Xəmiraşı çox horradır.
2. Heyvanlar üçün xüsusi sıyıq yem. It üçün horra hazırlamaq. Inək horranı yedi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed