İzahlı lüğət

HÖVL

is. [ər.] Qorxu, dəhşət, vahimə. [Şahmar] hövl içində həyət qapısına doğru addımladı. B.Bayramov. □ Hövl eləmək (etmək) - qorxmaq, dəhşətə gəlmək, dəhşətlənmək, vahimə basmaq. Təklikdən hövl etmək. - Xəyalı dərinlərə işləyən qoca birdən hövl edib tərpəndi. B.Bayramov. Hövl götürmək dan. - bax hövl eləmək (etmək). Sübhanverdizadə əlilə Kosanın sözünü kəsdi, onu hövl götürdü, .. başı gicəlləndi, otaq başına fırlandı. S.Rəhimov. Qar basmış və artıq gecə qaranlığı çökmüş düzənlikdə Cumanı bu səsdən hövl götürdü. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed