İzahlı lüğət

HÖVSƏLƏ

is. [ər. hövsələ - çinədan] Səbir, dözüm, dözmə. Hövsələsi çatmır. - Elə dərd var ki, dəxi onun qabağında səbir, hövsələ mümkün deyil.. C.Məmmədquluzadə. [Əlimuxtar:] Eh, çox mənim hövsələm var! C.Cabbarlı.
□□ Hövsələdən çıxmaq - bax hövsələsi daralmaq. ..Qaş qaralanda adamlar artıq hövsələdən çıxdılar. S.Rəhman. [İlyas:] Axırda dayım, Tərlanın hövsələdən çıxdığını görüb, mənə tərəf döndü. Ə.Məmmədxanlı. Hövsələsi çatmamaq - bax hövsələsi daralmaq. [Maral:] Mənim hövsələm çatmaz, sən oxu, qulaq asım. S.Rəhman. Hövsələsi daralmaq (darıxmaq) - səbir edə bilməmək, dözə bilməmək, özünü saxlaya bilməmək. [Sona xanım:] Hövsələm daralıb, ağzıma gələni söyləyirəm. M.F.Axundzadə. [Qız] danışmaq istəyirdi, hövsələsi darıxırdı.. M.S.Ordubadi. Hövsələsi gəlməmək - səbri çatmamaq, səbir edə bilməmək, dözə bilməmək. Hərçənd orucağız adamın çox danışmağa hövsələsi gəlmir, amma, bu da var ki, bir az yazı-pozuya məşğul olsaq, günü yubadarıq, bir də görərik ki, gün batıb. C.Məmmədquluzadə. Hövsələsi tükənmək - səbri tükənmək, daha dözməmək. Qara Kərəmoğlunun adını eşidən kimi Rüstəm kişinin hövsələsi tükəndi. M.İbrahimov. Hövsələsini basmaq - dözmək, özünü saxlamaq, səbir etmək, toxtamaq. Zamanovun tapşırığı çox çəkdiyindən o, hövsələsini basa bilməyib, özünü kabinetin qapısına verdi. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed