İzahlı lüğət

HÜMAYUN

[fars.] 1. is. Azərbaycan klassik muğamlarından birinin adı. Milləndi qığılcım kimi zülmətdə hümayun; Dağ üstünə dağ basdı müsibətdə hümayun; Ülviyyətə, qüdsiyyətə, şeyriyyətə çatmış; Fəryadda Segah, gizli şikayətdə hümayun. B.Vahabzadə.
sif. Uğurlu, məsud, mübarək mənasında olub, keçmişdə padşahlar, sultanlar və onlarla bağlı şeylər haqqında deyilən söz. [Vəliəhd şahzadə haqqında:] Bu xəyanətkarın xəyanəti nəticəsində uzun müddətdir ki, əlahəzrət hümayuna gecə-gündüz yuxu haram olmuşdu. P.Makulu.
□□ Hümayun ağı köhn. - qalın ağ parça növü. Vəzir.. bir erkəyi öldürtdürüb, hümayun ağına bükdürdü. “Qurbani”. [Əsəd kişi:] Hümayun ağıdır, on beş arşın, məni ona bükərsiniz. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

HAF

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed