İzahlı lüğət

HÜNDÜR

sif. 1. Uca, yüksək. Hündür divar. Hündür dağ. Hündür boy. - Çay hündür və yaşıl təpələrin arasilə axıb gedir. M.İbrahimov. Iri, qol-budaqlı, hündür tut ağacının altında manqal qoyulmuşdu. İ.Hüseynov.
Ucaboy(lu), hündürboy(lu). Hündür kişi. [Camal] atası kimi hündür, enlikürək bir oğlandı. S.Vəliyev. Əlləzoğlu cırtdan gövdəsini çəkib, bu iri, qol-budaqlı, hündür adamın [Səmədin] qarşısında özünü yığışdırdı. İ.Hüseynov.
Müqayisədə işlənir. Bu bina o binadan hündürdür. Ev həyətin divarından hündürdür. - O, Teymurdan bir daban hündürdü. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

HM

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed