İzahlı lüğət

HÜRKÜTMƏK

f Hürkməsinə səbəb olmaq; hürkdürmək, ürkütmək, qorxutmaq. Qoyunları hürkütmək. - ..Səs emalatxananın dalında cərgələnmiş sığırçınları hürkütdü. M.Hüseyn. // Eyni mənada adam haqqında. [Uşaqları] bu sözlər hürküdürdü. Mir Cəlal. [Seymur:] Mən onu hürkütmək istəmirdim. H.Seyidbəyli.
□□ Hürkütməsən saymaq (sanamaq) olmaz - çoxuşaqlı ailə haqqında zarafatla işlədilir. [Ata:] Bizdə elədir ki, hürkütməsən sanamaq olmaz. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

HE

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed